Bank Of Baku

Tovuzda narkotik vasitənin təsiri altında olan sürücü saxlanılıb

Tovuzda narkotik vasitənin təsiri altında olan sürücü saxlanılıb
# 23 aprel 2025 09:59 (UTC +04:00)

Tovuzda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Toyota” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

Sürücü Ə. Axundov tibbi müayinədən keçirilən zaman onun narkotik vasitələrdən istifadə etdiyi də məlum olub. Onun barəsində toplanmış materiallar qərar verilməsi üçün məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR