Tovuzda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzi küçəsində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili 1975-ci il təvəllüldü Ağayeva Vəfa Zeynal qızını vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.