Bank Of Baku

Ucar sakini dayısının mağazasını yandırıb, 17 soyuducu yanıb - FOTO

Ucar sakini dayısının mağazasını yandırıb, 17 soyuducu yanıb - FOTO
# 18 mart 2025 01:48 (UTC +04:00)

Ucar sakini dayısının mağazasını yandırıb.

APA- nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Alpout kəndində baş verib.

Belə ki, kənd sakini,1965- ci il təvəllüdlü Musa Qalib oğlu Əhmədova məxsus, ümumi sahəsi 500 kvadratmetr olan ərzaq mağazasında güclü yanğın baş verib. Hadisə zamanı tikilinin 440 kvadratmetri əşyaları ilə birlikdə yanıb. Mağazanın sahibinin sözlərinə görə, bir neçə firmaya məxsus 17 soyuducu və ərzaq məhsulları yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə FHN- nın Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

M. Əhmədovun bacısı oğlu, 1978- ci il təvəllüdlü İlham Abbas oğlu Həsənov mağazanı qəsdən yandırdığını etiraf edib. O, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Fakt araşdırılır.

FHN hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, Ucar rayonunun Alpout kəndində ümumi sahəsi 500 m² olan mağazanın yanar konstruksiyaları 440 m² sahədə, içərisində olan ərzaq, geyim malları və 17 ədəd soyuducu yanıb. Yüksək temperaturdan mağazanın qarşısında dayanan “ГА3” markalı yük avtomobilinin ön farası və güzgüsü qismən əriyib. Mağazanın qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR