Ucarda minik avtomobilinin aşması nəticəsində 4 nəfər xəsarət alıb.
APA -nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı- Qazax əsas magistral yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib.
Minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə 4 nəfər - Zaqatala rayon sakinləri 2017-ci il təvəllüdlü Sofiya İlqar qızı Şirinbəyova, 1980-ci il təvəllüdlü Mahilə Həsənbəy qızı Şirinbəyova, 1980-cı il təvəllüdlü İlqar Məhəmməd oğlu Şirinbəyov və 2000-ci il təvəllüdlü Nəzir İlqar oğlu Şirinbəyov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Göyçay xəstəxanasına göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.