Bank Of Baku

Ucarda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Ucarda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
# 15 avqust 2026 20:54 (UTC +04:00)

Ucarda baş verən yol qəzasında xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində Bakı şəhər sakinləri – 1971-ci il təvəllüdlü Zaur Rzayev, 2002-ci il təvəllüdlü Nuranə Rzayeva, 1983-cü il təvəllüdlü Xəyalə Rzayeva, 1994-cü il təvəllüdlü Namaz Bayramlı, 2023-cü il təvəllüdlü Salman Bayramlı və “Hyundai” markalı avtomobilin sürücüsü Kamran Ağababayev xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


***
18:13

Ucarda yol qəzası olub, xəsarət alanlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində baş verib.

Belə ki, "Mercedes" markalı minik maşını ilə "Hyundai" markalı minik maşını toqquşub.

Nəticədə 6 nəfər xəsarət alıb.

Zərərçəkənlər Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR