Bank Of Baku

Xaçmazda minik avtomobilləri toqquşub - FOTO

Xaçmazda minik avtomobilləri toqquşub - FOTO
# 12 yanvar 2024 16:29 (UTC +04:00)

Xaçmaz şəhəri ərazisində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, Xudat şəhər sakini 66 yaşlı Adil İsmayılov idarə etdiyi “Opel” markalı avtomobili əks istiqamətdə hərəkət edən “Chevrolet” və “Nissan” markalı nəqliyyat vasitələrinə çırpıb. Qəza zamanı avtomobillərə ziyan dəysə də, xəsarət alan olmayıb.

Hadisəyə səbəb “Opel”in sürücüsü A. İsmayılovun sükan arxasında halının pisləşməsi və təzyiqinin qalxması olub. O xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR