Bank Of Baku

Xaçmazda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xaçmazda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
# 25 mart 2025 08:52 (UTC +04:00)

Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisindəki evlərin birindən və mağazadan oğurluq etməkdə şübhəli bilinən Nurağa İsgəndərov saxlanılıb.

APA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, həmin şəxs məişət əşyaları, təmir alətləri, tütün məmulatları və pul oğurlamaqda təqsirləndirilir.

Zərərçəkmişlərə ümumilikdə 16 min manat məbləğində ziyan dəyib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.İsgəndərovun barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR