Xaçmazda tapılan meyitin kimliyi məlum olub.
APA xəbər verir ki, Xaçmaz şəhərinin Asif Cəbrayılov küçəsində tapılan meyitin 63 yaşlı Mafizə Şirinbalayevaya məxsus olduğu məlum olub. Hazırda onun ölüm səbəbi araşdırılır.
***
21.37
Xaçmaz şəhərinin Asif Cəbyarılov küçəsindəki yarımtikilidə qadın meyiti aşkarlanıb.
APA-nın Şimal bürosu xəbər verir ki, hazırda qadının şəxsiyyəti dəqiqləşdirilir. Onun ölüm səbəbinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.