Xankəndidə silahlı şəxs saxlanılıb, gizlətdiyi silah-sursat da götürülüb - VİDEO

Xankəndidə silahlı şəxs saxlanılıb, gizlətdiyi silah-sursat da götürülüb - VİDEO
# 22 may 2024 10:12 (UTC +04:00)

Xankəndi polisi şəhər ərazisində silahlı şəxsi saxlayıb. Tikinti şirkətlərinin birində usta köməkçisi işləyən Xocavənd rayon sakini Əmrah Haqverdiyev Xankəndi Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən APA-ya bildirilib ki, şəxsi axtarış zamanı onun üzərindən sandıqcasında 8 ədəd patron olan "Makarov" tipli tapança və həmin tapançaya aid əlavə 16 ədəd patron aşkar olunaraq götürülüb.

Davam etdirilən tədbirlərlə onun şəhər ərazisində ayrı-ayrı tikililərdə əvvəlcədən gizlədərək saxladığı 1 ədəd “AK-74” markalı avtomat silah, 6 ədəd patron darağı, 273 ədəd müxtəlif çaplı patron, müvəqqəti yaşadığı evdən 3 ədəd süngü-bıçaq aşkar olunaraq götürülüb.

Faktla bağlı şəhər polis şöbəsində Ə.Haqverdiyev barəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR