Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Azərsu” ASC-nin Bakı Neft Energetika Kollecinə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Məhkəmənin qərarına əsasən, apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, “Azərsu” ASC su pulu borcunun ödənilməsi barədə iddia ilə 2 saylı Bakı Yerli İnzibati – İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan isə apellyasiya şikayəti verilib.