APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda (aeroport yolunda) sürücülərinin şəxsiyyəti məlum olmayan “SHACMAN” və GMC markalı iki yük avtomobili toqquşub.
FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “SHACMAN” markalı avtomobil deformasiyaya uğrayıb, avtomobilin sürücüsü xəsarət alıb.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Əməliyyat saat 21:48-də başa çatıb.