Bakı. Rəşad Süleymanov - APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Fransa Müdafiə Nazirliyinin Silahlandırma Baş İdarəsinin Avropa və Cənubi Amerika üzrə direktor müavini Jan-Kristov Nuronu qəbul edib.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye də iştirak edib.