Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 2-də saat 01.00 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində Saatlı rayon sakini Ellər Fərəcov idarə etdiyi “QAZ-33021” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub.
Həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.