Ağcabədi. Ziya Əmirxanlı - APA. Ağcabədi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Rəncbərlər kəndində qeydə alınıb.
“VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Əhmədov Sənan Vasif oğlu və 2001-ci il Rüstəmov Murad Ramil oğlu xəsarət alıb. Onlar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan xəsarət alanların vəziyyətinin orta-ağır olduğu bildirilib.