Bakı-APA. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2 iyul tarixində Agentlik tərəfindən Ağdam və Füzuli rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesalbat açıqlayıb.
ANAMA-dan APA-ya verilən məlumata görə, Ağdam rayonu Əhmədağalı kəndində 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamış top mərmisinin qalıqları aşkar edilib.
Füzuli rayonun Horadiz kəndinə isə 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib. Burada 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik 9M22U raketinin (Qrad) partladıcı başlığı) aşkarlanıb. Ümumilikdə, iyulun 2-də gün ərzində 4 200 kv. m ərazi təmizlənib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.