Bakı. Fərid Mirzəyev – APA. Daxili İşlər Nazirliyi (DİN) Ağdam rayonunda baş verən dəhşətli yanğın hadisəsi ilə bağlı məlumat açıqlayıb. APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 16-da rayonun Quzanlı qəsəbə sakini Zamiq Kazımovun yaşadığı evdə yanğın olub.
Evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra Z. Kazımovun qızları Əfsanənin və Rəqsanənin yanmış meyitləri tapılıb.