Bakı. Hafiz Heydərov – APA. Ağstafada yaşayış evində partlayış olub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 26-da qeydə alınıb.
Ağstafa rayonunun Xətai kənd sakini Şəbnəm Abbasova qaz sobası ilə ehtiyatsız davrandığından ani partlayış baş veribr.
Nəticədə yanıq xəsarəti alan Ş.Abbasova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.