Bakı. Hafiz Heydərov - APA. Azərbaycan vətəndaşının Qazaxıstanda məcburi əməyə cəlb edildiyi müəyyənləşib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən bildirilib.
Məlumata görə, Zərdab rayon sakini Rəsul Rəşidovun 2007-2012-ci illər ərzində Qazaxıstan Respublikasının Astana şəhərində məcburi əməyə cəlb olunması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.