Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən İmişli rayonu Məmmədli kəndi ərazisində 2 ha sahədən 2050 ədəd, ümumi çəkisi 1 ton 900 kq, Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən Ağcabədi rayonunun inzibati ərazisində 0,3 ha sahədən 4780 ədəd, ümumi çəkisi 1 ton 300 kq, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yardımlı rayonunun inzibati ərazisində 110 ha sahədə, 23100 ədəd, ümumi çəkisi 7 ton 480 kq-dan artıq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkarlanıb.
Çətənə kolları yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib.