Neftçala Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, ötən gecə həyat yoldaşını bıçaqlayaraq qətlə yetirən 1976-cı il təvəllüdlü Soltan Bayramov saxlanılıb.
S. Bayramov ilkin ifadəsində həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.
***
10:02
Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda ər arvadı qətlə yetirib. Neftçala Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Uzunbabalı kəndində qeydə alınıb.
Kənd sakini, 1976-cı il təvəllüdlü Soltan Bayramov həyat yoldaşı Aynurə Bayramovanı bıçaqlayaraq qətlə yetirib.
Hadisənin motivləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.