Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda oğurluqla məşğul olan Gürcüstan vətəndaşları saxlanılıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də Nail Əsgərovun evindən 10 000 ABŞ dolları, 10 000 manat dəyərində qızıl əşyaları, 3 ədəd mobil telefon, geyim və məişət əşyaları oğurlamış Gürcüstan vətəndaşları Qriqoriy Kuraşvili, Nika Bumbeşvili və Qiyantsa Salakadze tutulublar.
Faktla bağlı araşdırma aparılır.