Bakı. Hafiz Heydərov - APA. Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Rauf Quliyev evinin qarşısında yüksək gərginlikli elektrik dirəyinə çıxıb və elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.