Bakı. Fuad Cəfərov - APA. Bakıda yanğın hadisəsi baş verib. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə mayın 11-də saat 20.30 radələrində M. Ə. Rəsulzadə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Mübariz Əliyevə məxsus evdə, 8 kvadratmetr sahədə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, M. Əliyev və oğlu, azyaşlı Nihad yanıq xəsarəti isə xəstəxanaya yerləşdirilib.