“Azərenerji” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qısaqapanma nəticəsində 110 kV-luq 1-ci və 2-ci “8-ci km” hava xəttində ilgək və məftillər yanaraq qırılıb, tələbatçıların enerji təchizatında fasilə yaranıb və “Azərenerji” ASC-yə külli miqdarda ziyan dəyib.
Həyata keçirilmiş operativ tədbirlər sayəsində qəzanın nəticələri qısa vaxt ərzində aradan qaldırılıb və enerji təchizatı bərpa olunub.