Bakı. Fuad Cəfərov – APA. Bakıda dilənçiliklə məşğul olan şəxslər müəyyən edilib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dilənçiliklə məşğul olan 16 qadın, 15 azyaşlı olmaqla, barələrində inzibati qaydada tədbir görülüb, yaşadıqları rayonlara göndərilib.