APA-nın məlumatına görə, qəsəbənin Azəbaycan qadını küçəsində yaşayan 50 yaşlı Xanım Kərimova həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı qadın təcili tibbi yardım avtomobili ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.
Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralı qadın əməliyyat olunub və vəziyyəti ağırdır.
Həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən Rafiq Kərimov isə hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat axtarış-tədbirləri həyata keçirilir. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanılıb.