Bakıda yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli, 3 otaqlı evin üzərindən keçən yüksək gərginlikli (110 kv-luq) elektrik xəttinin evin damına toxunması nəticəsində, evin ondulindən ibarət dam örtüyü 2 m2 sahədə yanıb, giriş qapısı, döşəmə 3 m2 sahədə uçub və elektrik sayğacı əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.