Bakı. Hafiz Heydərov – APA. Bakıda kişi meyiti tapılıb.
Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini İlman Əbdülrəhmanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.