Bakı. Hafiz Heydərov - APA. Bakıda küçədə yıxılaraq ölən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, ölən şəxsin üzərindən hər-hansı sənəd çıxmadığı üçün onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.
APA ölən şəxsin fotosunu əldə edib. Onu tanıyanlardan (077) 271 16 17 nömrəli telefona məlumat vermələri xahiş olunur.
***
Saat: 11.12
Bakı. Hafiz Heydərov – APA. Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.
Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Sarayevo küçəsində qeydə alınıb. 40-45 yaşlı naməlum kişi yıxılaraq kəllə-beyin xəsarəti ilə xəstəxanaya yerləşdirilib və aldığı xəsarətdən orada ölüb.
Faktla bağlı araşdırma aparılır.