Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi 23 ünvanında yerləşən yaşayış binasındakı mənzillərdən birində baş verən yanğının qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.
***
Saat: 15:09
Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış binası yanır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi 23 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən yaşayış binasında baş verən yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.