Bakı. Hafiz Heydərov – APA. Bakıda yaşayış evində yanğın olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyulun 4-də Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Qasım Qasımovun evində baş verən yanğın nəticəsində evin 70 kv/m sahəsi və oradakı əşyalar yanıb. Xəsarət alan Q.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.