Balakən. Vüqar Heydərov - APA. Balakən rayon sakini intihara cəhd etməzdən əvvəl özünü bıçaqlayıb. Bu barədə APA-nın yerli bürosuna Balakən Mərkəzi Rayon Xəstəxanasından bildirilib. Məlumata görə, Mərkəzi Rayon Xəstəxanasının terapiya şöbəsində müalicə alan Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynulla Məhəmməd oğlu Hudulov özünü atmazdan əvvəl qarnına və döş qəfəsinə 30 bıçaq zərbəsi endirib, boğazını kəsib.
***
15:47
Balakən. Vüqar Heydərov – APA. Balakəndə intihara cəhd olub.
Şahidlərin APA-nın yerliu bürosuna verdiyi məlumata görə, bu gün saat 14.30 radələrində Mərkəzi Rayon Xəstəxanasının terapiya şöbəsində müalicə alan Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynulla Məhəmməd oğlu Hudulov 2-ci mərtəbədən özünü atıb. Xəstəxanadan APA-ya bildirilib ki, Z. Hudulov dərhal əməliyyat edilib, vəziyyəti ağırdır.
Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.