Bakı. Fuad Cəfərov – APA. Hacıqabul rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 9-da Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsinin ərazisində Hacıqabul rayon sakini Rəvan Əliyev Bakı şəhər sakini Saleh Məmmədova məxsus evdə təmir işləri apararkən hündürlükdən yıxılıb və xəstəxanaya yerləşdirilib.