Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləlinin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. V. Güləli elan olunan ittiham üzrə özünü təqsirli bilmədiyini deyib: “Mən özüm zərərçəkmişəm, aldadılmışam”.
C. İbayev, V. Əsədov və A. İsmayılov özlərini təqsirli bilməyiblər. Nicat Əliyev isə özünü qismən təqsirli bilib.
Sonra zərərçəkmiş şəxslər ifadə veriblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. İş üzrə 5 zərərçəkmiş şəxs tanınıb.
Təqsirləndirilən şəxs V. Güləli zərərçəkmiş Misir Umudovu ləğv edilmiş MTN-ə düzəldəcəyini deyərək, onun 8 min manatını dələduzluq yolu ilə ələ keçirib.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunurlar.
Xatırladaq ki, V. Güləli MTN-in polkovniki olub.
Dələduzluqda təqsirləndirilən MTN polkovniki: "Mən özüm zərərçəkmişəm"
![Dələduzluqda təqsirləndirilən MTN polkovniki: "Mən özüm zərərçəkmişəm"](https://apa.az/storage/news/2017/july/06/big/mehkeme-logo.jpg)
Hadisə
![Qəbələdə əcnəbi vətəndaşları daşıyan avtomobil qəzaya uğrayıb](https://apa.az/storage/news/2024/june/15/big/666ddd36552eb666ddd36552ec1718476086666ddd36552e9666ddd36552ea.jpg)
Qəbələdə əcnəbi vətəndaşları daşıyan avtomobil qəzaya uğrayıb
![Elektrik lampasını dəyişən qadını cərəyan vuraraq öldürüb](https://apa.az/storage/news/2024/june/15/big/666db17a127a8666db17a127a91718464890666db17a127a6666db17a127a7.jpg)
Elektrik lampasını dəyişən qadını cərəyan vuraraq öldürüb
![Ahıl vətəndaşları aldadaraq 240 min dollar və 55 min manat ziyan vuran 14 nəfər saxlanılıb - <span class="red_color">VİDEO](https://apa.az/storage/news/2024/june/15/big/666d96d009be0666d96d009be11718458064666d96d009bde666d96d009bdf.jpeg)
Ahıl vətəndaşları aldadaraq 240 min dollar və 55 min manat ziyan vuran 14 nəfər saxlanılıb - VİDEO
!["Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli hospitala köçürüləcək](https://apa.az/storage/news/2024/june/15/big/666d847a71e96666d847a71e971718453370666d847a71e94666d847a71e95.jpg)