Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fariz Bayrambəyovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, F. Bayrambəyov 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, o, Qusar rayonunun Hil kənd sakini Adil Bədəlovu bıçaqlayıb.
Müəyyən edilib ki, cinayəti törətməmişdən əvvəl həmkəndlilər yeyib-içiblər. Sonra onların arasında söyüş üstündə mübahisə baş verib. Mübahisə bıçaqlanma ilə nəticələnib.
Fariz Bayrambəyov Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilib.