Bakı - APA. Bakının Xətai rayonunda yaşayış binasının liftində 10 nəfər köməksiz vəziyyətdə qalıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Xilasedicilər liftin qapılarını açıb, vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.