APA-nın qərb bürosunun verdiyi məlumata görə, Qaradağlı kənd sakini, 1970-ci il təvəllüdlü Yolçu Əsgərovun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Mehdi Quliyev kənd sakini, 1983-cü il təvəllüdlü Könül Əliyevanın idarə etdiyi “Mitsubishi” markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.