Bakı. Fuad Cəfərov - APA. Gəncədə ruhi xəstə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 21-də saat 21:00 radələrində Gəncə şəhərində yaşayan ruhi xəstə Ruhiyyə Tağıyevanın evində yun örtüyü qaz sobasının üstünə düşərək tüstülənmə baş verib. Nəticədə R.Tağıyeva tüstüdən boğularaq ölüb.