Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində ana və qızı dəm qazından zəhərlənib. Bu barədə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın Qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1959-cu il təvəllüdlü Çiçək Qafarova və qızı 1995-ci il təvəllüdlü Şəlalə Qafarova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Tibbi müdaxilədən sonra onların həyatını xilas etmək mümkün olub. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Araşdırma zamanı məlum olub ki, ana və qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Gəncədə bir ailənin iki üzvü dəm qazından zəhərlənib
10 mart 2014 12:53 (UTC +04:00)
Hadisə
Şirvanda bəzi attraksionların istismarı dayandırılıb - VİDEO
10:02
21 may 2024
Neftçalada narkokuryer saxlanılıb - FOTO
08:38
21 may 2024
Zaqatalada 250-yə yaxın evin həyətyanı sahəsini sel suları basıb - FOTO
08:14
21 may 2024
Sabirabadda təsərrüfatlardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
07:47
21 may 2024