Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB
# 23 iyun 2016 11:52 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə baş verən yol-nəqliyyat qəzasında üç nəfər xəsarət alıb. APA -nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, 1993-cü il təvəllüdlü Səfər Camalovun idarə etdiyi BMW markalı maşınla 1978-ci təvəllüdlü Səbuhi Hüseynov sürdüyü “Opel” markalı avtomobi toqquşub. Qəza zamanı BMW-nin sürücüsü Ssəfər Camalov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. “Opel”-in sürücüsü Səbuhi Hüseynov və onun həyat yoldaşı Cahanə Hüseynova yüngül bədən xəsarətləri alıblar. Onlar da müayinə üçün xəstəxanalardan birinə aparılıb, vəziyyətlərinin normal olduğu bildirilir.


İlkin məlumata görə, qəzaya səbəb BMW-nin işıqforun qırmızı işığında hərəkət etməsi olub.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

***

10.54

Gəncə. Azər Məmmədli - APA. Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. BMW və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, şəhər sakini, 1993-cü il təvəllüdlü Səfər Camalov xəsarət alıb. Həmin şəxs Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR