İmişli. Əlibəy Zeynallı - APA. İmişli şəhərində fərdi yaşayış evi yanıb. Yanğın nəticəsində ev əşyaları ilə birlikdə yanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Fövqəladə Hallar Nazirliyinin İmişli rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib.
Hadisə bu gün saat 14:00 radələrində İmişli şəhəri Pənah Həsənov küçəsi,105 ünvanında yerləşən Famil Hüseynova məxsus fərdi yaşayış evində qeydə alınıb. Güclü alov evin dam örtüyündə başlayıb. Ailə üzvləri mətbəxdə nahar edərkən yanğından xəbər tutsalar da, qısa müddətdə güclənən alovun qarşısını ala bilməyiblər. Yanğın nəticəsində evin dam örtüyü və otaqlar içindəki əşyalarla birlikdə yanıb. Ev sahiblərinin sözünə görə, yanğın zamanı evdə olan pul və qızıl-zinət əşyaları da yanıb.
Hadisə yerinə FHN-in İmişli rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib, alov məhdudlaşdırılıb. Ümumi sahəsi 160 kv. metr olan evin 40 kv. metri, o cümlədən həyətdəki dam və yardımçı çardaq sahələri alovdan xilas edilib. Eyni zamanda, alovun yaxınlıqdakı digər evlərə keçməsinin qarşısı alınıb. Yanğının elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İmişlidə ev yanıb - VİDEO
![İmişlidə ev yanıb - <span style="color: red;">VİDEO](https://apa.az/storage/news/2014/march/25/big//upload/images/news/2014/march/25/big/1515a487073e0372ee23a62e6396326a.jpg)
Hadisə
![Ağstafada toyda zəhərlənənlərin sayı 40-a çatıb - <span class="red_color">YENİLƏNİB-2](https://apa.az/storage/news/2024/june/22/big/6677088de2a626677088de2a6317190770056677088de2a606677088de2a61.jpg)
Ağstafada toyda zəhərlənənlərin sayı 40-a çatıb - YENİLƏNİB-2
İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs həbs edilib - YENİLƏNİB
Bakıda qeyri-etik hərəkətlər edən daha bir şəxs həbs edilib
![Naxçıvanda 74 tona yaxın çətənə bitkisi məhv edilib](https://apa.az/storage/news/2024/june/22/big/6676deb373ca56676deb373ca617190662916676deb373ca26676deb373ca4.jpeg)