Bakı. Hafiz Heydərov – APA. Bakının Keşlə qəsəbəsində yanğın başlayıb.
APA-nın məlumatına görə, Keşlə qəsəbəsi ərazisində təkər tullantıları yanır. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.