Bakı. Fuad Cəfərov -APA. Masallı rayonunda çay məcrasından çıxıb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 24-də intensiv yağmış yağışlar nəticəsində Masallı rayonunun Boradigah çayında suyun səviyyəsi qalxaraq məcrasından çıxıb. Kolatan, Babaser və Türkoba kəndlərində 20-25 həyətyanı torpaq sahəsində olan tikililəri su basıb.