Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında 1976-cı il təvəllüdlü, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Şahin Səhrab oğlu Rüstəmlinin zəruri istintaq hərəkətlərinin keçirilməsindən sonra təcridxanaya qaytarılan zaman üzərinə baxış keçirilib. Bu zaman ağzında gizlətdiyi 1 ədəd şəffaf sellofan bükülüdə 3.0 qram narkotik vasitə “tiryək” aşkar olunaraq götürülüb.
Fakt üzrə araşdırmalar aparılır.