Bakı-APA. Mingəçevir Su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir Su anbarında bir nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.
Əməliyyat saat 13:40-da başa çatıb.