Nardaran sakini silahını polisə təhvil verib.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Aparılan profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbə sakini Bəhruz Məmmədov “TOZ-16” markalı tüfəngini Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə təhvil verib. Silahın müvafiq sənədləri olmayıb.