Bakı. Fuad Cəfərov – APA. Naxçıvan sakini silah-sursat tapıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Naxçıvan şəhər sakini İlham Hüseynov tapdığı 2 ədəd "ORTSAN" markalı ov tüfəngini və 1 ədəd "F-1" qumbarasını könüllü olaraq Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mühafizə Şöbəsinə təhvil verib.