Artıq ikinci gündür ki, neftin qiymətləri enir və eyni anda bir neçə faktor treyderlərin əhvalına təsir göstərib. Bu ilin fevralında Səudiyyə Ərəbistanı ilk dəfə olaraq ABŞ və Asiya ölkələrinə satdığı neftin qiymətini aşağı salıb. Amma ötən aylar ərzində sözü gedən ölkə yalnız qiymətlərin artırılması ilə məşğul olub. Mövqeyin dəyişilməsinin səbəbi var. Asiya regionunda daha geniş yayılmış "Arab light" markasından olan neftdir ki, avqust ayında onun ixrac qiymətinin 40 sent daha ucuz olacağı ehtimal edilir. Hazırkı şəraitdə Asiya bazarı Səudiyyə Ərəbistanı üçün əsas ticarət sahəsi hesab olunur. Lakin görünən odur ki, buradakı mövcud vəziyyət onları qətiyyən qane etmir. Göründüyü kimi adı çəkilən ölkə nəinki liderliyini əldən verib, eyni zamanda birinci və ikinci yerləri bölüşdürən Rusiya və Anqoladan sonra üçüncü yerdə qərarlaşıb. Yeri gəlmişkən, Rusiya Çinə göndərdiyi neftin ümumi həcmini təqribən 50 faiz artırıb. Qiymətlərdə endirim edilməsinin başqa obyektiv səbəbləri də var. Məsələ burasındadır ki, cari ilin üçüncü rübündə Asiya bazarlarını ənənəvi qiymət azalması gözləyir. Bunun da əsas səbəbi sözügedən vaxtda dünyadakı neft emalı zavodlarının çoxunun təmirə dayanmasıdır ki, bu faktor da qiymətlərə bilavasitə öz təsirini göstərəcək. Xatırlatmaq yerinə düşər ki, ötən ilin yayında da Səudiyyə Ərəbistanı bu region üçün qiymətləri azaldırdı ki, bu siyasət də ilin sonuna qədər davam etdi. Bundan başqa, Səudiyyə hökuməti "Şeyba" neft yatağındakı hasilat həcmini üç dəfəyədək artırdı, bundan əlavə, ayın əvvəlində əlavə neft ehtiyatları da yarandı ki, sonradan bu ehtiyatlar endirimli qiymətlə satışa göndərildi. Həmçinin bu ilin iyun ayında Nigeriya, Səudiyyə Ərəbistanı və Liviya sutkalıq hasilat həcmini müvafiq olaraq 90, 70 və 40 faiz həcmində artırdılar. Kanada da ölkədəki neft saxlanclarında baş vermiş yanğınlardan sonra hasilatı tamamilə bərpa etdi. Bu da heç şübhəsiz neft bazarındakı qiymətlərə təzyiq edilməsi ilə müşayiət olundu. Bu arada Rusiya Mərkəzi Bankının III rübə planlaşdırılan satış qiymətləri ilə bağlı proqnozlarına görə, neftin bir çəninin qiyməti 40 dollar təşkil edəcək və bankın bu qənaətini digər ekspertlər də bölüşür. Bütün bunlar isə neftin qiymətlərində hələ bir müddət enmə müşahidə olunacağını deməyə əsas verir.
Xəbər Lenti
Azərbaycan Orta Dəhlizlə yük daşımaların həcmini 35 faiz artıb
ADY sədri Çində Azərbaycanın Orta Dəhlizdəki rolundan danışıb - FOTO
Sumqayıtda fəhlə iş zamanı ölüb - FOTO
Biləsuvarda 7 yaşlı uşaq qəflətən vəfat edib
Zelenski səlahiyyət müddətinin bitmədiyini açıqlayıb
Çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı müşavirə keçirilib
Ukrayna və Ermənistanın parlament sədrləri Cənubi Qafqazı müzakirə ediblər
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
Rusiya ordusu qeyri-strateji nüvə silahlarının tətbiqi üzrə təlimlərə başlayıb - VİDEO
PAŞA Sığortadan “Kia” sahibləri üçün Tam KASKO sığortası üzrə kampaniya
QSC sədri: Bugünədək 12 tondan çox qızıl, 24 tondan çox gümüş ixrac edilib
İtaliya səfiri etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib
Ceyhun Bayramov Ukraynanın yeni səfiri ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
Adil Kərimli tacikistanlı həmkarı ilə görüşüb
Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu təbrik edib
Polşada Rusiya və Belarusla bağlı xüsusi komissiya yaradılıb
Minifutbol üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək
Latviya Seyminin sədri: Şuşa yenidən doğulacaq - FOTO
"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib
Məhkəmə özünü 12-ci imam kimi təqdim edən şəxslə bağlı qərar verib
İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib
Bakıda narkokuryerdən 7 kq marixuana götürülüb
Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı yenilənib
Rusiyada 58-ci ordunun keçmiş komandanı həbs edilib
"Azərişıq" abonentlərə müraciət edib
Bakıda evdən meyit tapılıb
Azərbaycanda broyler şirkətinin 30%-i satılıb
Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyəti üzrə müvafiq işlərlə bağlı tələb olunmayan icazələrin siyahısı təsdiqlənib
Gəncədə mülki müdafiə məşqi keçirilib
Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib
Azərbaycandakı "Akıncı" PUA-sı İranda qəzaya düşmüş helikopterin axtarışı üçün hazır vəziyyətdə olub
Xərci borcunu ödəməyən sığorta şirkətləri - Renkinq
Mayın 5-də keçirilən imtahanların nəticələri elan olunub
Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü keçirib
Ceyhun Bayramov İran xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri ilə telefon danışığı aparıb - YENİLƏNİB
Ermənistanda erməni kilsəsini vergiyə cəlb etmək istəyirlər
Aİ və Moldova arasında təhlükəsizlik sahəsində əməkdaşlıq sənədi imzalanıb
Sığorta şirkətlərinin ödənişlərinin dinamikasına görə renkinqi - Aprel/2024
Bəzi rayonlara yağış yağıb, Zaqatalaya dolu düşüb - FAKTİKİ HAVA
“Gürcü Arzusu” ABŞ-nin sanksiya təhdidlərinə cavab verib
Kamran Əliyev Nizami rayonunda vətəndaşları qəbul edib
Ağdərədə mina partlayışı nəticəsində mülki şəxs həlak olub
Yığımları artan və azalan sığorta şirkətləri - Renkinq
Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə renkinqi - Aprel/2024