Bakı-APA. Azərbaycanın Quba rayonunda inzibati bina yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Cimi kəndində sahəsi 330 kv.m olan inzibati binada dam örtüyünün yanar konstruksiyaları yanıb. Otaqlar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.