Bakı-APA. Sabirabad rayonunda yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 12 km aralıda yerləşən Əsgərbəyli kəndində baş verib.
Nəticədə vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin çardağı 60 kv.m sahədə yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub.